Həqiqət axtarışında



Müəllim bizə "Mənim olan yalnız mənimdir" adı altında bir layihədə işləyəcəyimizi deyəndə çox təəccübləndik. İlk öncə ağla daha çox fikir gəlirdi. Lakin bu layihənin əsas məqsədinin Azərbaycanımızın azadlığı və bölünməzliyi uğrunda gedən mübarizələrə həsr olunduğunu biləndə qürur hissi keçirdik.
Müəllim bizi  "Cəsurlar","Ölməzlər","Mübarizlər" adlı üç müxtəlif qrupa böldü.Hər qrupda dörd nəfər şagird idik.Hər bir qrupun müxtəlif tapşırıqları var idi.Bizim qrup "Ölməzlər" adlanırdı.Bizim tapşırığımız daha məsiliyyətli idi.Çünki bizə verilən tapşırıqlardan biri şəhid anası ilə görüşmək idi.Bundan başqa biz Mingəçevir şəhərində,Ağdam rayonunda  yaşayan milli qəhrəman ailələri haqqında məlumat toplamalı,şəhid ailələri ilə görüşməli və şəhid anaları ilə söhbət etməli idik.Daha sonra biz sagirdlər öz aramızda bölgü apardıq. Hər birimizin vaxtına uyğun olaraq görüşlərimizin günün və saatını müəyyənləşdirdik.İşimizə elə oxuduğumuz məktəbdən başladıq.Bizimlə bir məktəbdə oxuyan şagirdlərimizin arasında şəhid ailəsində böyüyən uşaqlar var.Biz həftənin bir günü  Ağdam rayonuna getmək üçün  rəhbərlikdən icazə aldıq.Məktəbimiz Mingəçevir şəhərində yerləşdiyi üçün biz Ağdam rayonuna getməli idik.

Комментариев нет:

Отправить комментарий